Çexiyada iş

Avropada Karyera şirkəti iş üçün müraciət edənlərin Çexiyada potensial işverənlərlə əlaqələrin qurulması ilə məşğul olur. Bizim Çexiyada fəaliyyət göstərən müştərilərimizin istəyi əsasında bu şirkətlər üçün Azərbaycanda müvafiq işçiləri axtarırq. Müraciət edənlərlə bir neçə mərhələli müsahibələrdən, müvafiq testlər və onların iş təcrübələrinin, təhsilinin, şəxsi vəziyyətinin, istək və tələblərinin əsaslı təhlilindən sonra bu şəxsləri potensial işverənlərlə əlaqələndiririk.

Avropada Karyera şirkəti şirkətlər və namizədlər arasında canlı müsahibələr təşkil edərək onların əsasında işverənin əmək müqaviləsini imzalayacağı gələcək işçilərini seçir.

Uğur qazanmış namizədlər

Müvəffəqiyyət qazanmış namizədlər üçün Çexiyada əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu əldə etmək üçün bütün müvafiq tədbirlər görülür. Seçilmiş namizədlərin əmək fəaliyyəti ilə məşğul olmaq haqqında hüququn əldə olunması prosesi zamanı dəstək olur, həmçinin namizədlərin Azərbaycan və Çexiyada yerləşən qurumlarda təmsil olunmasını təmin edilir.

Namizədlər üçün müştərinin etibarnaməsi əsasında Çexiyaya səfərə çıxmazdan əvvəl, səfər zamanı tam xidmət göstərilir. Bizim məqsədimiz bütün tərəflərin 100% məmnun olmasıdır.

Niyə məhz Çexiya ?

AB
Şengen ərazisi
Česká republika
6.
sayca altıncı ən təhlükəsiz ölkə
Česká republika
2.3 %
İşsizlik səviyyəsi
Česká republika

Müraciət edənlərə
təkliflərimiz:

  • Çexiyada müvafiq işverənlə əlaqə yaratmaqda
  • Işverən, tutacacağı pozisiya, əməkdaşlığın şərtləri, Çex hüquqi-əmək qanunvericilik barəsində məlumatın və s. təqdim olunmasında
  • Çexiyada iş icazəsi üçün müraciətin yerinə yetirilməsində zəruri addımların atılmasında. Bura məsləhətləşmə, bütün prosesin həyata keçirilməsi həmçinin Çex orqanlarında təmsil olunmağın təmin edilməsi daxildir
  • Çexiyada yaşamaqla bağlı məsləhətləşmə
  • Çexiyaya gediş-gəlişlə bağlı dəstək, gözlənilməz hallarda yardım
  • Müraciət edənlər bizim tamhüquqlu əməkdaşlarımıza çevrilir.
  • Ümumi razılaşma ilə yanaşı yuxarıdakı ayrı-ayrı bəndlər ilə bağlı razılığa böyük əhəmiyyət veririk.

Çexiyada iş təklifi

+

Vəzifə: İstesalat operatoru

Şirkət: Müxtəlif sahələr üzrə olan şirkətlər

İş yeri: Çexiya, müxtəlif bölgələr

Müqavilənin müddəti: Minimum 12 ay

Əmək haqqı: Namizədin bilik və təcrübəsindən aslıdır

Üstünlüklər: Çex Respublikasına və geriyə nəqliyyat xərcinin ödənilməsi, yaşayış xərcləri, qida haqqının ödənilməsi, əmək məzuniyyəti, lazımi icazələrin təşkili, koordinator xidmətləri

Namizədlərə olan tələblər: Müştəri tələblərinə görə, biz rus dili və ya ingilis dili ilə ünsiyyət səviyyəsində üstünlük verilir

+

Vəzifə: Yarımavtomat üzrə qaynaqçı

Müştəri: Müxtəlif beynəlxalq şirkətlər

İş yeri: Çexiya, müxtəlif bölgələr

Müqavilənin uzunluğu: Minimum 12 ay

Əmək haqqı: Namizədin bilik və təcrübəsindən aslıdır

Üstünlüklər: Çex Respublikasına və geriyə nəqliyyat xərcinin ödənilməsi, yaşayış xərcləri, qida haqqının ödənilməsi, əmək məzuniyyəti, lazımi icazələrin təşkili, koordinator xidmətləri

Namizədlərə olan tələblər: Müştəri tələblərinə görə, biz rus dili və ya ingilis dili ilə ünsiyyət səviyyəsində üstünlük verilir

Bizim tərəfdaşlarımız

Biz sizin için işləyirik