Çexiyada təhsil

Çexiyada təhsil almaq istəyirsən, amma Çex dilini öyrənmək istəmirsən? Sənə ingilis dilli ali məktəb tapmaqda köməklik edərik.

Çexiyada 67 akreditə olunmuş ali təhsil müəssisələri yerləşir, bunlardan 39-u özəl, 26-sı publik, 2-si isə dövlət təhsil müəssisələridir. Özəl ali məktəblərin əksərində ingilis dilində təhsil almaq imkanı var. Ali Məktəblər 1000-ə yaxın müxtəlif ixtisaslar təklif edir.

Çexiyada 43 000-ə yaxın əcnəbi tələbə təhsil alır.

Digər Avropa ölkələri ilə müqayisədə Çexiyada ali təhsil maddi cəhətdən daha sərfəli, gündəlik xərclər daha azdır. Avropanın mərkəzində yerləşdiyi üçün Çex Respublikası eyni zamanda digər Avropa ölkələrinə səyahət etmək imkanı da yaradır.

Çexiyada
ali təhsil sistemi

Çex ali təhsilinin 600 ildən çox tarixi bir ənənəsi var. 1348-ci ildə Çex hökmdarı IV Karl Praqada orta Avropa ölkələri arasında ən qədim universitet hesab edilən universitetin əsasını qoyub. Sözü gedən universitet Karl Universitetidir.

Ali təhsil üç mərhələyə bölünür: bakalavr, magistratura və doktorantura.

Bakalavr təhsili bir qayda olaraq 3-4 il davam edir və tələbə müvəffəqiyyətlə təhsilini bitirdikdən sonra bakalavr titulunu (Bc.) əldə edir, incəsənət üzrə bakalavr pilləsini bitirənlər (BcA) titulunu əldə edir. Titul adı önündə yazılır.

Magistratura təhsili öncəki ixtisasın davamı olduğu halda əsasən iki il davam edir. Öncəki ixtisasın davam proqramı olmadığı halda isə təhsil 4-6 il davam edə bilər. Magistratura təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra tələbə magistratura (Mgr.) titulunu əldə edir, incəsənət üzrə magistr (MgA.), mühəndislik üzrə (İng.), inşaat mühəndisliyi üzrə (İng. Arch.), tibb üzrə (MUDr.), diş həkimliyi üzrə (MDDr.), baytarlıq tibbi üzrə doktor (MVDr.). Bu titullar adı önündə yazılır.

Doktorantura təhsili magistratura pilləsini bitirmiş məzunlar üçün nəzərdə tutulub və əsasən üç il davam edir. Tələbələr doktor titulu əldə edir (PhD.) və yaxud teologiya üzrə doktor (Th. D.). Bu titullar addan sonra yazılır.

Niyə məhz Çexiya ?

AB
Şengen ərazisi
Česká republika
6.
sayca altıncı ən təhlükəsiz ölkə
Česká republika
2.3 %
İşsizlik səviyyəsi
Česká republika

Ali məktəblərdə
tədris ili

Tədris ili iki semestrə bölünür.

Qış semestri sentyabr-oktyabr aylarında başlayır, zaçot və imtahanlar ilə başa çatır, imtahan sessiyası əsasən yanvar ayında keçirilir.

Yay semestri fevralda başlayır, eyni qayda ilə başa çatır, imtahan sessiyası adətən iyunun sonunadək davam edir.

Təhsilin sonuncu ilini tələbə bakalavr/magistr/doktorluq dissertasiyasının yazılmasına həsr edir, bundan əlavə yekun dövlət imtahanlarını verməlidir.

Bundan sonra ona ali təhsilinin müvəffəqiyyətlə bitirilməsi haqqında diplom təqdim olunur.

Maraqlananlara köməyimizi əsirgəmərik:

  • münasib universitetlərin və ixtisas seçmində
  • seçilmiş universitetə qəbul olunmaq üçün şərtləri yerinə yetirməkdə
  • Çexiyada yaşayış yerini təmin etməkdə
  • təhsil məqsədi ilə uzunmüddətli viza üçün müraciət etməkdə
  • hava limanından transferin təşkil olunması ilə aviabiletlərin seçmində
  • uçuşdan öncə Çexiyada gələcək yaşayış üçün bütün müvafiq işlərin həll edilməsində
  • Çexiyada tələbə statusunun təmin edilməsində
  • İlkin zamanlarda səfər etdiyi ölkədə uyğunlaşmasıni təmin etməkdə
  • Müştərilərimizin digər qeyri-standart istəklərini həyata keçiririk.

Biz işləyirik

Biz sizin için işləyirik