İnsanları gələcəklərinə
qovuşdururuq

SİZİ İŞ YERİ İLƏ TƏMİN EDİRİK

Çexiyada işləmək istəyirsənmi?

Avropada Karyera şirkəti iş üçün müraciət edənlərin Çexiyada potensial işverənlərlə əlaqələrin qurulması ilə məşğul olur.

Bizim Çexiyada fəaliyyət göstərən müştərilərimizin istəyi əsasında bu şirkətlər üçün Azərbaycanda müvafiq işçiləri axtarırıq. Müraciət edənlərlə bir neçə mərhələli müsahibələrdən, müvafiq testlər və onların iş təcrübələrinin, təhsilinin, şəxsi vəziyyətinin, istək və tələblərinin əsaslı təhlilindən sonra bu şəxsləri potensial işverənlərlə əlaqələndiririk.

Avropada Karyera şirkəti şirkətlər və namizədlər arasında canlı müsahibələrtəşkil edir, onların əsasında işverən əmək müqaviləsini imzalayacağıgələcək işçilərini seçir.

Müvəffəqiyyət qazanmış namizədlər üçün Çexiyada əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu əldə etmək üçün bütün müvafiq tədbirlər görülür. Seçilmiş namizədlərin əmək fəaliyyəti ilə məşğul olmaq haqqında hüququn əldə olunması prosesi zamanı dəstək olur, həmçinin namizədlərin Azərbaycan və Çexiyada yerləşən qurumlarda təmsil olunmasını təmin edirik.

Namizədlər üçün müştərinin etibarnaməsi əsasında Çexiyaya səfərə çıxmazdan əvvəl də səfər zamanı da tam xidmət göstərilir. Bizim məqsədimiz bütün tərəflərin 100% məmnun olmasıdır.

Maraqlananlara yardım edərik:

  • Çexiyada müvafiq işverənlə əlaqə yaratmaqda
  • Işverən, tutacacağı pozisiya, əməkdaşlığın şərtləri, Çex hüquqi-əmək qanunvericilik barəsində məlumatın və s. təqdim olunmasında
  • Çexiyada iş icazəsi üçün müraciətin yerinə yetirilməsində zəruri addımların atılmasında. Bura məsləhətləşmə, bütün prosesin həyata keçirilməsi həmçinin Çex orqanlarında təmsil olunmağın təmin edilməsi daxildir
  • Çexiyada yaşamaqla bağlı məsləhətlərlə
  • Çexiyaya gediş-gəlişlə bağlı dəstək, fövqal hallarda yardım

Müraciət edənlər bizim tamhüquqlu əməkdaşlarımıza çevrilir.

Ümumi razılaşma ilə yanaşı yuxarıdakı ayrı-ayrı bəndlər ilə bağlı razılığa böyük əhəmiyyət veririk.

SİZİN ÜÇÜN ALİ MƏKTƏB TAPARIQ

Çexiyada təhsil almaq istəyirsən?

Çexiyada təhsil almaq istəyirsən, amma Çex dilini öyrənmək istəmirsən? Sənə ingilis dilli ali məktəb tapmaqda köməklik edərik.

Çexiyada 67 akreditə olunmuş ali təhsil müəssisələri yerləşir, bunlardan 39-u özəl, 26-sı publik, 2-si isə dövlət təhsil müəssisələridir. Özəl ali məktəblərin əksərində ingilis dilində təhsil almaq imkanı var. Ali Məktəblər 1000-ə yaxın müxtəlif ixtisaslar təklif edir.

Çexiyada 43 000-ə yaxın əcnəbi tələbə təhsil alır.

Digər Avropa ölkələri ilə müqayisədə Çexiyada ali təhsil maddi cəhətdən daha sərfəli, gündəlik xərclər daha azdır. Avropanın mərkəzində yerləşdiyi üçün Çex Respublikası eyni zamanda digər Avropa ölkələrinə səyahət etmək imkanı da yaradır.

Maraqlananlara köməklik göstərərik:

  • münasib universitet və ixtisas seçməkdə
  • müəyyən olunmuş ali məktəbə qəbul olmaqüçün şərtləri yerinə yetirməkdə
  • Çexiyada yaşayış yerini təmin etməkdə
  • təhsil məqsədi ilə uzunmüddətli viza üçün müraciət etməkdə
  • hava limanından transferin təşkil olunması ilə aviabiletlərin seçimində
  • uçuşdan öncə Çexiyada gələcək yaşayış üçün bütün müvafiq işlərin həll edilməsində
  • Çexiyada tələbə statusunun təmin edilməsində
  • bələdçilik fəaliyyəti çərçivəsində ilkin vaxtlar olduğu ölkəyə uyğunlaşmaqda
  • müştərilərimizin digər qeyri-standart istəklərini də təmin edərik

Students testimonials

Səməddin

Mənim Çexiyaya gedişim problemsiz baş tutdu. Avropada Karyera mənim üçün lazım olan hər bir şeyi təşkil etmişdi. Yeni işimdən çox razıyam.

Mənim
təcrübəm

Seymur

Çexiyada yeni iş yerini mən yalnız Avropada Karyera şirkətinin dəstəyi ilə tapmışam. Bütün zaman ərzində mənə nəinki zəruri olan rəsmi işlərin həll olunmasında, həmçinin şəxsi işlərimdə də çox yardımçı olublar. işimdən də Çexiyadan da razıyam. Artıq Çex dilini də öyrənirəm.

Toğrul

Avropada Karyera mənə nəinki Çexiyada müvafiq ali məktəbin seçimində, hətta bütün prosesin aparılması və Çexiyaya getməyimlə bağlı da köməklik göstərdi. Ali məktəbə qəbul olunmağımla bağlı bütün tələbləri yerinə yetirməyimə köməklik göstərdiklərini isə xüsusilə yüksək qiymətləndirirəm. Çex dilində təhsil almaq göründüyü qədər də çətin deyil. Daha bir xarici dil biliyi gələcək karyera yolumda, şübhəsiz, çox kömək göstərəcək.

Kamran

Cəsarətli addım atdığım üçün peşman deyiləm, təklifdən yararlandım və iş üçün uzaq və yad bir ölkəyə üz tutdum. Orada məni xoş, işgüzar insanlar və qonaqpərvər bir ölkə qarşıladı. Bu addım mənim həyatımı dəyişdi.

Cəfər

Avropada Karyera şirkəti haqqında mən Facebook vasitəsilə öyrənmişəm. Onların əməkdaşlarının münasibəti çox xoşuma gəlmişdi. Nəinki işlə bağlı suallarımı cavablandırdılar, hətta Çexiyada həyat barəsində və orada ümumiyyətlə məni nə gözləyir haqqında soruşduğumda da ətraflı məkumat əldə etmişəm. Bu şəkildə mənim ailəmə də diqqət ayrılmışdır. Sizə onlarla əməkdaşlığı tövsiyə edirəm.

Emil

Avropada Karyera şirkətinə mən Çexiyaya səfər etməmişdən və oraya çatdıqdan sonra da istənilən zaman müraciət edə bilərdim çünki əmin idim ki, hər bir işdə mənə yardım etməyə çalışacaqlar. Müsahibənin sonuncu mərhələsi zamanı Bakıya həmin işverənin bir neçə işçisinin qayıtması düzgün qərar verdiyimdə məni əmin etdi.

Firuz

Mən həmişə xaricdə oxumaq istəmişəm. Çexiya mənə istədiyim və ən lazımlını təklif edir. Ənənəvi və yüksək nüfuzlu universitet, keyfiyyətli təhsil, digər avropa dövlətlərini ziyarət etmək imkanı, dünyanin hər yerindən dost tapmaq, bunların hamisi xarici tələbələrin və yaxşı şəraətin köməkliyi ilə. Çexiya, əsasən Praq çox qəşənqdi.

Biz sizin için işləyirik

Niyə məhz Çexiya ?

AB
Şengen ərazisi
Česká republika
6.
sayca altıncı ən təhlükəsiz ölkə
Česká republika
2.3 %
İşsizlik səviyyəsi
Česká republika

Companies testimonials

previous next
  • Avropada Karyera şirkəti ilə əməkdaşlığı yüksək efektiv olaraq qiymətləndiririk. Peşəkar işçi komandası sayəsində onlarla problemsiz əlaqə qurmaq mümkündür, hər zaman işverənə dair olan tələblərimizi tam olaraq yerinə yetirirlər.

    GATE Agentliyi

    Yakub Pistorius
    Müştəri xidməti müdiri

  • Bizim CEVRO İnstitut ali məktəbi Azərbaycandan olan gənclərin hesabına ali məktəbimizin əcnəbi tələbələrinin siyahısını genişləndirmək haqqında Avropada Karyera şirkətinin təklifini böyük məmnuniyyətlə qəbul edib. Bu ali məktəbimizin multikultural dünyada açıq platforma rolunu oynamaq üçün növbəti bir addımı kimi hesab edilir və beləliklə məktəbimiz, müəllim və tələbələrin də düşüncə tərzini bu istiqamətdə aparmağa yönəlib. Söhbət Avropada Karyera şirkətinin yüksək peşəkarlı vasitəçilik rolunun oynadığı daha da zənginləşmək və uğurlu ikitərəfli əməkdaşlıq haqqında.

    CEVRO Institut

    Prof. Yosef Şima, Ph. D.
    rektor

Gəlin danışaq

Işədüzəlmə yaxud təhsillə bağlı daha ətraflı məlumat əldə etmək istəsəniz məmnuniyyətlə suallarınızı cavablandırarıq.

Bizimlə Azərbaycan, rus, ingilis və çex dillərində əlaqə saxlaya bilərsiniz.